Fransa prezidenti Emmanuel Makron noyabrın 12-də Liviya məsələsi ilə bağlı Parisdə keçiriləcək beynəlxalq konfransa dəvət etmək məqsədilə Əlcəzair prezidenti Əbdülməcid Təbbuna zəng edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “L’Opinion” qəzetinin iddiasına görə, Əlcəzair dövlət başçısı Makronun zənginə cavab verməyib.

Qeyd edək ki, hələ ötən ay “Spiegel” nəşrinə müsahibə verən Təbbun Makronun Əlcəzair əleyhinə açıqlamalarından dolayı artıq onunla telefonla danışmadığını bildirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın