“Real Madrid” və “Atletiko” arasında keçirilən İspaniya Superkubokunun yarımfinal oyununda “kral klubu” qələbəni bayram edib – 5:3.

YALAN.info bildirir ki, oyundan sonra “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti verdiyi müsahibədə Arda Gülərin böyük istedad olduğunu bildirib və onun valideynlərinə təşəkkür edib.

Oyunun əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış Ançelotti əvəzetmə edərək, Türkiyə millisinin gənc ulduzu Arda Güləri meydana çıxarıb. Bundan 5 dəqiqə sonra Real hesabı bərabərləşdirib – 3:3. Oyunun əsas vaxtı heç-heçə bitdiyindən əlavə vaxta ehtiyac yaranıb. Burada isə daha iki top vuran “kral klubu” qələbəni bayram edib – 5:3.

Bununla da Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda baş tutan yarımfinal oyununda “Real Madrid” klubu “Atletiko Madrid” üzərində qələbə qazanıb və final mərhələsinə keçib. Kral klubunun finaldakı rəqibi bu gün keçiriləcək “Barselona”-“Osasuna” qarşılaşmasından sonra bilinəcək.

Səudiyyə Ərəbistanı tamaşaçıları klubun türkiyəli oyunçusu Arda Güləri güclü alqışlarla dəstəkləyiblər. Oyundan sonra “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti verdiyi müsahibədə Ardanın böyük istedad olduğunu bildirib və onun valideynlərinə təşəkkür edib: “Arda altı ay zədəsi ilə mübarizə apardı və indi çox yaxşı formadadır. Belə böyük bir istedadın burada olması bizi çox sevindirir. Hamımız Ardanı çox sevirik. O, “Real Madrid” üçün çox əhəmiyyətli bir oyunçu olacaq. İstedad genetika məsələsidir. Ardanın ailəsinə minnətdarıq”.

“Real Madrid”də çox gözəl ailə və dostluq mühiti var. 5-6 ay zədəli idim və zədəm sağalan kimi Ançelotti məni heyətə daxil etdi. Həmişə mənə etibarını ifadə edir. İnşallah, gözəl günlər bizi gözləyir”, – deyə Arda Gülər də sevincini ifadə edib.

Real Madrid 5-3 Atlético de Madrid | HIGHLIGHTS | Spanish Super Cup

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın