“Qarabağ” FK-nın 2023/2024 mövsümündə avrokuboklarda qazancı müəyyənləşib.

YALAN.info bildirir ki, Azərbaycan çempionu bu mövsüm UEFA Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarından indiyə qədər 9 milyon 582 min avro gəlir əldə edib.

Bunun yalnız 200 mini UEFA Çempionlar Liqasının təsnifat mərhələsində qazanılıb. Qalan məbləğ UEFA Avropa Liqasındakı çıxışdan əldə edilib. İkinci dərəcəli klub turnirinin qrup mərhələsinə adlamaq 3 milyon 630 min avro qazanca səbəb olub. Son 10 ildə avrokuboklardakı reytinqinə görə isə daha 2 milyon 376 min avro klubun büdcəsinə köçürülüb. Qrupda ikinci yeri tutmaq “Qarabağ”a 550 min, pley-offa yüksəlmək isə 500 min avro qazandırıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasında 1/8 finala yüksələrsə, daha 1,2 milyon avro gəlir əldə edəcək. Ağdamlılar bunun üçün pley-offda Portuqaliyanın “Braqa” klubunu üstələməlidirlər. Azərbaycan çempionu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.

Onu da bildirək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın