İndoneziyanın Malanq şəhərində futbol oyununda uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.

YALAN.info bildirir ki, bununla bağlı vilayətin qubernator müavini Əmir Dardak məlumat verib.

CNN İndoneziya informasiya portalının verdiyi xəbərə görə, şənbə günü İndoneziyanın Malanq şəhərindəki stadionda Arema və Persebaya futbol komandaları arasında keçirilən oyundan sonra iğtişaşlar baş verib. Polisin fanatlara qarşı gözyaşardıcı qaz atması çaxnaşma və izdiham yaradıb.

Daha öncə verilən xəbərlərə görə, 127 insan həyatını itirmişdi. Ölənlər arasında iki polis əməkdaşı da var. Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan yaralanıb.

Indonesia News | Football Match | Fans Invade Pitch | Stampede at Indonesia Football Match |News18

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın