“Facebook” sosial şəbəkəsi rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenkonun hesabını Şuşa ilə bağlı yazdığı statusa görə əngəlləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İqor Korotçenko öz “Twitter” səhifəsində paylaşım edib.

O, “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə “Facebook” mənə üç gün qadağa qoyub”, deyə bildirib.

Qeyd edək ki, ötən həftə Şuşada səfərdə olan İqor Korotçenko “Facebook” səhifəsində ermənilərə “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər? Heç nə. Hətta Şuşada.. Doğrudan niyə? Cavab verin” sualını ünvanlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın