Bir müddət öncə UFC-də növbəti qələbəsini qazanan azərbaycanlı döyüşçü Rafael Ataman Fiziyev MMA reytinqində də öz durumunu yaxşılaşdırıb.

YALAN.info bildirir ki, Azərbaycanın UFC-də ilk təmsilçisi olan Ataman ləqəbli döyüşçü yüngül çəki kateqoriyasında ötən ay həmkarları arasında onuncu pillədə qərarlaşdığı halda, iyul ayında üç pillə irəliləyərək yeddinci olub.

Yada salaq ki, iyulun 10-da 29 yaşlı idmançı ilk dəfə olaraq Azərbaycan bayrağı altında çıxış edib. O, ABŞ-ın Nevada ştatındakı Las Veqas şəhərində braziliyalı Rafael dus Anyusu 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

UFC reytinqləri (yüngül çəki)

1 Charles Oliveira
2 Dustin Poirier
3 Justin Gaethje
4 Islam Makhachev
5 Michael Chandler
6 Beneil Dariush
7 Rafael Fiziev 3 pillə yüksəldi
8 Rafael Dos Anjos 1 pillə gerilədi
9 Mateusz Gamrot 1 pillə gerilədi
10 Arman Tsarukyan 1 pillə yüksəldi

MMC reytinqləri (yüngül çəki)

1 Charles Oliveira
2 Dustin Poirier
3 Islam Makhachev
4 Justin Gaethje
5 Beneil Dariush
6 Michael Chandler
7 Rafael Fiziev 3 pillə yüksəldi
8 Mateusz Gamrot 3 pillə yüksəldi
9 Arman Tsarukyan 2 pillə yüksəldi
10 Rafael Dos Anjos 3 pillə gerilədi
Öncəki xəbər“Qarabağ” “Lex”i darmadağın edərək UEFA Çempionlar Liqasında mərhələ adladı
Sonrakı xəbərUkrayna Müdafiə Nazirliyi: İndiyədək Rusiyanın 38 000 hərbçisi məhv edilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın