Türkiyədə ölkə prezidenti Rəcəb Təyyub Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.

Toplantıdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

“Şuşa bəyannaməsi ilə münasibətlərimizdə yeni bir dövr başlatdıq. Azərbaycanla bir çox anlaşmanı yaxın zamanda imzalayacağıq, qardaşlığımızın hüquqi təməlini gücləndirəcəyik”, deyə Ərdoğan bəyan edib.

Qeyd edək ki, toplantıda alınan qərara uyğun olaraq, iyulun 1-dən başlayaraq Türkiyədə pandemiya səbəbindən tətbiq olunan komendant saatı ləğv olunacaq. Bununla yanaşı, bir sıra məhdudlaşdırıcı tədbirlər də yumşaldılacaq.

Öncəki xəbərİranın yeni prezidenti Seyid İbrahim Rəisi: ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir
Sonrakı xəbərKamal Cəfərov: Qarabağın yenidən qurulmasına milyardlarla avro sərmayə yatırılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın