İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur, kənd sakinləri qayıdışa hazırlaşırlar.

YALAN.info bildirir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən ilk videoçarxı təqdim edib.

Təqdim edilən ilk videoçarxın qəhrəmanları kəndin sakini Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur, respublikamızda ilk dəfə “ağıllı kənd” layihəsi burada icra olunur. Ən müasir texnologiyaların tətbiqi ilə salınan kənddə uzun illər yurd həsrəti çəkmiş keçmiş məcburi köçkünlər daimi məskunlaşacaqlar. 

Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib. Dövlət başçısı indi tikintisi başa çatdırılan 200 evdən başqa, kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi ilə bağlı tapşırıq verib.

Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür – Bahar Səmədova

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın