Qvineyada hərbi qiyam nəticəsində hakimiyyətə gələn polkovnik Mamadi Dumbuya keçid dövrünün Prezidenti kimi and içib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, andiçmə Qvineyanın paytaxtı Konakridə baş tutub.

Andiçmə toplantısında çıxış edən polkovnik Mamadi Dumbuya bildirib ki, o, Qvineya xalqı qarşısında ölkənin suverenliyinə sadiq qalacağına və Keçid Xartiyasının müddəalarına riayət edəcəyinə zəmanət verir.

M.Dumbuya bildirib ki, özü və keçid şurasının üzvlərindən heç kəs qarşıda keçiriləcək prezident seçkilərinə qatılmayacaqlar.

Xatırladaq ki, sentyabrın beşində Qvineyada hərbi çevriliş olub. Çevriliş nəticəsində Prezident Alfa Konde həbs edilib.

Qeyd edək ki, polkovnik Mamadi Dumbuya əvvəllər Fransanın əcnəbi legionunda xidmət edib.

Qaynaq: “Espace Tv Guinee”

Öncəki xəbərDövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistana casusluq edən şəxsi həbs etdi
Sonrakı xəbərAzər Rəşidoğlu: Tehran son davranışları ilə Bakını təxribata çəkmək istəyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın