Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb.

YALAN.info bildirir ki, bununla bağlı ölkənin Fövqəladə Hallar Nazirliyi Telegram kanalında məlumat yayıb.

“8 mədənçinin axtarışları davam edir. Axtarış işlərinin aparılması dağılmış şaxta texnikasının, eləcə də bəzi yerlərdə dağıntıların olması ilə çətinləşir”, – məlumatda deyilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Yada salaq ki, Karaqandada yerləşən daş kömür şaxtasında metan qazının partlaması zamanı yanğın baş verib. Hadisə zamanı şaxtada 252 nəfər olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın