Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Laçın rayonu istiqamətində törədiyi təxribat nəticəsində 4 erməni, 3 Azərbaycanlı hərbi qullqçu həyatını itirib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazlirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bildirilib ki, daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ermənistan ordusunun 4 hərbçisi – Artur Avetisi Saakyan (1999-cu il doğumlu), Mkrtiç Armeni Arutyunyan (1989-cu il doğumlu), Henrik Vaçaqani Koçaryan (1997-ci il doğumlu) və Narek Qagiki Sarkisyandır (1994-cü il doğumlu) öldürülmüş, daha 6 erməni hərbçi yaralanmışdır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bundan başqa Ermənistan təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunurlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın