Qazaxıstan prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Komitəsinə respublikada biznesə basqı göstərən məmurların tapılmasını tapşırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Nazarbayevin Qazaxıstan xalqına illik müraciətində məlumat verilib.

Nazarbayev hesab edir ki, Qazaxıstan nağdsız iqtisadiyyata keçməlidir, çünki nağd ödəmələrin olduğu iqtisadiyyat korrupsiya cinayətinə əsas verir. Dövlət başçısı hökumətə üç il ərzində kölgə iqtisadiyyatdakı dövriyyəni 40 faiz azaltmaq üçün tədbirlər görməyi əmr edib.

Bundan başqa, 2019-cu il yanvarın 1-dən Qazaxıstanda vergi pozuntularına görə cinayət məsuliyyətinin tətbiqi və cərimələrin məbləği artırılacaq.

Öncəki xəbərMahir Məmmədov FIDE vitse-prezidenti seçilməyi haqqında
Sonrakı xəbərABŞ Prezidenti Donald Tramp gülünc duruma düşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın