Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi (DİN) məlumatına görə, Almatı şəhərində durum gərgin olaraq qalır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı TASS-a istinadən bildirir ki, ölkənin başqa bölgələrində isə durum sabitləşib.

Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür. Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.

Antiterror əməliyyatı davam edir. Bundan öncə Qazaxıstan hərbçiləri səsgücləndiricilər vasitəsilə iğtişaşçıların Almatıdakı Respublika meydanını boşaltmaqlarını tələb edib və onlara atəş açacaqları barədə xəbərdarlıq edib. Daha sonra Prezidentin iqamətgahının ətrafı və Respublika meydanı tam təmizlənib.

DİN-in məlumatına görə, Qazaxıstanda son günlər baş verən iğtişaşlar zamanı 2 298 nəfər saxlanılıb. Daha öncə ölkənin ən böyük şəhəri və iqtisadi paytaxtı Almatıda 2 minədək saxlanılan olduğu bildirilmişdi.

İğtişaşlar nəticəsində həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18 nəfərə çatıb. Qarşıdurmalar zamanı 353 nəfər yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın