Qarabağ FK səfərdə cavabsız 3 qolla Azərbaycan Kubokun ilk yarımfinalçısı oldu

Ağdamın “Qarabağ” Futbol Klubu futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinalçısı olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 1/4 finalın ilk cavab qarşılaşmasında “Qarabağ” Bakıda olduğu kimi, səfərdə də “Qəbələ”yə qalib gəlib – 3:0.

Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma “Qarabağ”ın kapitanı Maksim Medvedev 6-cı dəqiqədə başla fərqlənib. Patrik Andrade 45+4-cü dəqiqədə Abdellah Zubirə qarşı edilən kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Kabo Verdedən olan mərkəz yarımmüdafiəçisi 48-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə üstələdiyi üçün “köhlən atlar” yarımfinala vəsiqə qazanıb.

Azərbaycan Kuboku 2020/2021, 1/4 final cavab oyunu “Qəbələ” 0-3 “Qarabağ”

Qurban Qurbanovun oyunla bağlı şərhi belə olub: “Baxmayaraq ki, ilk oyunda 3:1 hesablı qələbə qazanmışdıq, ancaq futbolçularda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. “Qəbələ”yə isə uğurlar arzulayıram”.

Günün başqa bir qarşılaşmasında “Səbail” “Sumqayıt”la üz-üzə gəlib. İlk oyunda 0-1 hesabı ilə qalib gələn “Səbail” öz meydançasındakı cavab oyununda daha çox qol buraxaraq Azərbaycan Kubokundan uzaqlaşdı.

Azərbaycan Kuboku 2020/2021, 1/4 final cavab oyunu “Səbail” 1-2 “Sumqayıt”

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir