UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Azərbaycan çempionu “Qarabağ” Futbol Klubu Bakıda Almaniyanın “Bayer 04” komandasına minimal hesabla uduzub.

YALAN.info bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib.

“Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı oyunun yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb – 1:0.

Bununla da “Qarabağ”ın qitə kuboklarında doğma meydanda 14 qarşılaşmadan sonra məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. “Qarabağ” son dəfə avrokuboklarda doğma azarkeşləri önündə Fransa “Marsel”inə 2022-ci il fevralın 24-də məğlub olub – 0:3. Bu görüş UEFA Konfrans Liqasının pley-off mərhələsində baş tutub.

Yada salaq ki, “köhlən atlar” 633 gündən sonra ev oyununda məğlubiyyətlə barışıblar. Ağdam təmsilçisi arxada qalan müddətdə avrokuboklarda doğma meydanda keçirdiyi 14 qarşılaşmanın 8-də qələbə qazanıb, 6-da heç-heçə edib.

Bu uğur sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb. Ağdamlıların yer aldığı H qrupunun digər oyununda isə “Molde” (Norveç) “Hakken”in (İsveç) qonağı olub və inamlı qələbəyə sevinib.

“Hakken” (İsveç) – “Molde” (Norveç) 1:3
Qollar: Hrstiç, 65 – Gulbrandsen, 16. Eriksen, 24; 86.

UEFA Avropa Liqası – H qrupu

#Komanda adıOQHMVQBQTFX
1Bayer Leverkusen44001221012
2Qarabağ FK420236-36
3Molde42029546
4Hakken4004213-110

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın