Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

YALAN.info bildirir ki, qurumun saytının yaydığı məlumata görə, 307 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” FK da var. Ağdam klubu 149 xalla 62-cidir. “Atlıllar” fevral ayı ilə müqayisədə 7 pillə irəliləyib.

Siyahının ilk pilləsində Braziliyanın “Flamenqo” klubu qərarlaşıb (313 xal). Madrid “Real”ı 308 xalla 2-cidir, digər Braziliya təmsilçisi “Palmeyras” 263 xalla ilk “3-lüy”ü qapayır.

Onu da bildirək ki, dünyanın ən güclü futbol komandaları sıralamasında ilk 10-luqda ən çox – hər birinin 2 olmaqla Braziliya, İlgiltərə və Portuqaliya klubları var. İlk yüzlüyə ən çox aşağıdakı ölkə klubları düşməyi bacarıb: Braziliya – 12, İngiltərə – 7, Fransa – 7, İtaliya – 7, Argentina – 6, Almaniya – 6, İspaniya – 6…

MƏNBƏThe International Federation of Football History and Statistics (IFFHS)
Öncəki xəbərTofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabli ilə döyüşəcək
Sonrakı xəbərDmitri Peskov: Kreml Ermənistanın bu qərarına mənfi münasibət bəsləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın