19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı cəzaçəkmə koloniyasında vəfat edib.

YALAN.info bildirir ki, TASS agentliyinin məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib.

Həkimlər məhbusa kömək etməyə başlayıb və yarım saatdan çox onu reanimasiya etməyə çalışıblar. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

A.Navalnı Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayırdı. Zindanda həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı Kremldən ilk açıqlama gəlib. Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov söyləyib ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.

“Bunun üçün xüsusi göstərişə ehtiyac yoxdur. Navalnının ölümünün səbəblərini həkimlər araşdırmalıdırlar”, – deyə Vladimir Putinin mətbuat katibi vurğulayıb. O əlavə edib ki, hadisə barədə ölkə başçısına məruzə edilib. Rusiya hakimiyyətinə yaxın mətbuat isə A.Navalnının qan laxtalanmasından (tromb) həyatını itirdiyini yazır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın