Rusiya Federasiyasının prezidenti Vladimir Putin yaxın vaxtlarda ölkəsinin koronavirusun (COVID-19) müalicəsi üçün dərman istehsalına başlayacağını elan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Putin bununla bağlı Soçidə Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə bildirib.

“İndi onlar hazırlanır və yaxın gələcəkdə müalicə üçün dərmanlardan da istifadə olunacaq”, – deyə Rusiya lideri qeyd edib.

O vurğulayıb ki, koronavirus epidemiyası revaksinasiyanın vaxtında aparılmamasının nəticəsində yaranır.

Bu gün mən bununla bağlı Baş nazirə (Mixail Mişustinə), onun müavini Tatyana Alekseevna Qolikovaya, Səhiyyə naziri (Mixail Muraşkoya) dedim – hamısı ilə indicə danışdım. Ölkədə çox çətin durum var. 40 min, 40 mindən çox yoluxma (gündə). Heç vaxt belə olmayıb”, – Putin Müdafiə naziri Sergey Şoyqunun hesabatını dinlədikdən sonra bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın