Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı və Birinci vitse-prezident öncə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.

Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Sonra dövlətimizin başçısı və Birinci vitse-prezident VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, danışıqlar aparıb və Cıdırdüzündə olublar.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər
MƏNBƏAzərbaycan Dövlət İnformasiya Agentliyi
Öncəki xəbərMahir Emreli UEFA Avropa Liqasında “Napoli”yə vurduğu qoldan danışdı
Sonrakı xəbərPrezident Şuşada Radio-Televiziya Yayım Stansiyasının tikilməsinə sərəncam verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın