Rusiyanın “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskı hədələyib.

YALAN.info bildirir ki, Roqozin bununla bağlı özünün Telegram kanalında yazıb.

Roqozin dünyanın ən varlı adamına “Ukraynanı peyk interneti ilə təmin etdiyinə görə cavab verməli olacaq” şəklində xəbərdarlıq edib.

“Ukrayna ordusunun 36-cı dəniz piyadaları briqadasının əsir götürülmüş polkovniki Dmitri Kormyankovun sözlərinə görə, İlon Maskın “Starlink” peyk şirkətinin yerüstü abonent qurğuları Mariupoldakı döyüşçülərə hərbi helikopterlərlə çatdırılıb. Çatdırılma Pentaqon vasitəsilə baş tutub. İlon, bunun üçün cavab verməli olacaqsan”, – Roqozin bildirib.

Yada salaq ki, amerikalı milyarder “Starlink” peykləri vasitəsilə Ukraynanı pulsuz internetlə təmin edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın