Polşa hökuməti Belarusla sərhəd divarının tikintisini başa çatdırıb.

YALAN.info bildirir ki, bununla bağlı Polşa xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin sözçüsü Stanislav Jarin oktyabrın 1-də özünün “Twitter” səhifəsində yazıb.

Divarın tikintisinə 2022-ci il yanvarın sonunda başlanılıb. Bu işlərə qaynar nöqtələrdən minlərlə miqrantın Belarus sərhədindən qanunsuz olaraq Polşaya keçməyə çalışdığı zaman miqrasiya böhranının kəskinləşməsi səbəb olub.

Tikilmilmiş divar uzunluğu təxminən 180 km və hündürlüyü 5,5 metr olan polad hasardır. Jarının sözlərinə görə, Polşa indi qanunsuz giriş imkanını tamamilə əngəlləyib və Polşa sərhədi “Avropanın ən təhlükəsiz sərhəddi” olub.

Bildirilib ki, divarın effektivliyi elektron sensorlar və müşahidə kameraları vasitəsilə daha da artırılacaq.

Öncəki xəbərYens Stoltonberq: NATO Ukraynanı dərhal alyansa qəbul edə bilməz
Sonrakı xəbərFransa Danimarkanın sifariş etdiyi “Sezar” haubitsalarını Ukraynaya verəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın