“Rusiya nüvə silahından istifadə edərsə, fəlakətli nəticələrlə üzləşəcək. Nüvə müharibəsində qalib gəlmək və onu heç vaxt başlamaq olmaz”

YALAN.info bildirir ki, bu sözləri Şimali Atlantika Alyansının (NATO) Baş katibi Yens Stoltonberq Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən ilhaqına münasibət bildirərkən deyib.

Y.Stoltonberq əlavə edib ki, NATO Ukraynanı dərhal alyansa qəbul edə bilməz. “Bunun üçün iştirakçı ölkələrin kollektiv qərarı lazımdır”, – deyə NATO Baş katibi vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın