“Şuşanın azad edildiyi xəbərini eşidəndə sevindiyim kimi, 40 ildir sevinməmişdim. Dədə-baba yurduna yenidən qayıtmaq böyük sevincdir. Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinq zamanı “Report”un Rusiya bürosunun sualına cavab verərkən deyib.

“İlk fürsətdə oraya gedəcəyəm. Həm də burada işlərim çoxdur, işin qızğın vaxtıdır. Bir az imkan yaranan kimi mütləq Şuşaya gedəcəyəm”, – səfir qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu özünə soyad kimi atasının ləqəbini – Bülbül götürmüşdür. Azərbaycan opera müğənnisi və təsnif ifaçısı Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov) Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, “Stalin” mükafatı laureatı idi.

Öncəki xəbərN.Paşinyan nə üçün bəyanatı imzaladığını açıqladı: Xankəndi və 25 min əsgəri itirə bilərdik
Sonrakı xəbərHüquqşünas: Sülhməramlı qüvvələr xarici hərbi baza kimi təsnif oluna bilməz
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın