“Şuşanın azad edildiyi xəbərini eşidəndə sevindiyim kimi, 40 ildir sevinməmişdim. Dədə-baba yurduna yenidən qayıtmaq böyük sevincdir. Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinq zamanı “Report”un Rusiya bürosunun sualına cavab verərkən deyib.

“İlk fürsətdə oraya gedəcəyəm. Həm də burada işlərim çoxdur, işin qızğın vaxtıdır. Bir az imkan yaranan kimi mütləq Şuşaya gedəcəyəm”, – səfir qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu özünə soyad kimi atasının ləqəbini – Bülbül götürmüşdür. Azərbaycan opera müğənnisi və təsnif ifaçısı Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov) Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, “Stalin” mükafatı laureatı idi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın