“ABŞ İranın özlüyündə regionda yaratdığı problemin fərqindədir”.

YALAN.info bildirir ki, “Report”un verdiyi xəbərə görə, bununla bağlı ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander danışıb.

Onun sözlərinə görə, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün mütəmadi olaraq uyğun addımlar atır: “İndi bunun üzərinə Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlığa aid olan narahatlıq doğuran hərəkətlər də gəlir. Ancaq bu, bizim problemlə bağlı qiymətləndirməmizi əsaslı şəkildə dəyişmir”.

Pentaqon rəsmisi əlavə edib ki, ABŞ hakimiyyəti bir çox ölkələrlə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığı müzakirə edir:

“Onlar hesab edirlər ki, Yaxın Şərq dövlətləri Moskva və Tehran arasında əməkdaşlıqdan narahat olmalıdırlar. Birləşmiş Ştatlar Rusiya-İran əməkdaşlığının yaratdığı çətinliklərdən xəbərdar etmək üçün bir çox ölkələrlə diplomatik yolla işləyir. Bu təkcə Ukrayna vətəndaşları üçün təhlükə yaratmır, həm də Tehrana dəstək verməklə İranın bədxah fəaliyyətlərini artıra bilər. Yaxın Şərq ölkələri ilə söhbətimiz budur ki, onlar diqqət etməli, bundan narahat olmalıdırlar və mümkün olan yerlərdə buna qarşı çıxmaq üçün bizimlə çalışmalıdırlar”.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərTürkiyədə zəlzələdə ölənlərin sayı 20 mini ötdü
Sonrakı xəbərTürkiyədə zəlzələ qurbanlarının sayı artır: 21 mindən çox ölü və 80 min yaralı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın