Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 21 043 nəfərə çatıb.

YALAN.info bildirir ki, bununla bağlı məlumatı Diyarbəkirdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, yaralıların sayı 80 097 nəfər olub.

Yada salaq ki, fevralın 7-də baş verən 7,7 və 7,6 maqnitudalı zəlzələlər zamanı güclü dağıntılar olub. Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara gətirib çıxarıb. Xilasetmə işləri hələ də davam etdirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın