Ermənistanın Baş naziri Nikol Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün Qarabağdakı Ermənistan ordusunun əsgərlərini İrəvanda gözlədiyini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”nin məlumatına görə, bununla bağlı Nikol Paşinyan “Facebook” hesabında yazıb.

“Cəbhədəki hərbi qulluqçuların onlarla video materialına (dəstək sözləri ilə – red.) baxdım. Uşaqların dərin düşüncəsinə heyran qaldım. Uşaqlar, siz haqlısınız. Sizi divar dibində ulayanlarla məsələni birdəfəlik həll etmək üçün İrəvanda gözləyirəm”, – deyə N.Paşinyan bildirib.

Çıxışında Ermənistanın baş naziri ilk dəfə hakimlər haqqında “divar altında ulayan” ifadəsini səsləndirib. Buna cavab olaraq Ermənistan Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan respublikanın hakimlərini hakim və müxalif dairələrin təzyiqlərinə boyun əyməməyə çağırıb:

“İndi əsaslı və qəti cavab veriləcək – “biz divar dibində ulayan hakimlərik, yoxsa vətəninə sadiq vicdanlı peşəkarlarıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın