Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində Ermənistan ordusunun müvəqqəti atəşkəsə əməl etmədiyini, bu gün Goranboy və Füzuli rayonunun kəndlərini raket atəşinə tutduğunu sübut edən fotolar paylaşıb.

“Ermənistanın Azərbaycana qarşı raket hücumları davam edir. Bu raket Füzuli bölgəsinin kəndlərinə yönəldilib, lakin xoşbəxtlikdən əkinçilik sahəsinə düşüb. Ermənistan bunu inkar etməyə davam edəcək. Ermənistan regional sülh və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalır”, – deyə H.Hacıyev qeyd edib.

Ali Baş Komandanın köməkçisinin başqa bir “Twitter” paylaşımı isə Goranboy rayonun ərazisinə atılan raketlərlə bağlı olub.

“Ermənistan ordusu Azərbaycanın Goranboy bölgəsini çoxlu raket atəşinə məruz qoyub. ANAMA-nın mütəxəssisləri hadisə yerindədirlər və raketləri təsirsiz hala gətirmək üçün lazımi əməliyyatı həyata keçirirlər. Ermənistan peşəkar yalan sənətinə davam etməkdədir”, – H.Hacıyev qeyd edib.

Hikmət Hacıyev: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

“Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 ildən artıqdır davam etməkdədir. Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin müvəqqəti atəşkəslə bağlı qəbul etdiyi bəyanatdan sonra bu gün də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları davam etməkdədir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir:

“Ermənistan müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan ordusu da özünümüdafiə prinsipi əsasında düşmənə cavab verir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın