Bilindiyi kimi, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış Bəyanata uyğun olaraq, işğal altında olan üç rayon – Kəlbəcər, Ağdam və Laçın 1 dekabr tarixinədək Azərbaycana qaytarılmalıdır. İndi Kəlbəcəri tərk edən ermənilər bu torpaqlardakı evləri yandırır, ağacları kəsir və meşələrə od vururlar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı müxtəlif dünya mediası videolar yayıb.

Bildirilir ki, ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqları torpaqlarda yerləşən evlərə od vururlar. 

Qeyd edilir ki, tərəflər arasında əldə edilən sülh anlaşmasına uyğun olaraq ermənilər istirahət günlərinədək həmin əraziləri Azərbaycana təhvil verməlidirlər.

İndi Kəlbəcər rayonunda yerləşən və separatçılar tərəfindən uzun müddət işğal altında saxlanan kəndlərdə yaşamış ermənilərin Ermənistana qaçmazdan öncə evlərə və sosial obyektlərə məhz azərbaycanlılara qalmaması üçün od vurduqları vurğulanır.

Bildirək ki, bu evlərin çoxu ötən əsrin 90-cı illərində bu torpaqlardan qovulan azərbaycanlıların olub. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı qeyd edilir.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunularaq, Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında döyüşlərin sentyabrın 27-də qızışdığı və altı həftə davam etdiyi qeyd edilir.

Associated Press: Kalbajar residents burn homes before Azerbaijan handover
Al Jazeera English: Ethnic Armenian villagers burn houses before Azerbaijan takeover
Global News: Nagorno-Karabakh conflict – Armenians burn homes before territory turned over to Azerbaijan
Ruptly: Nagorno-Karabakh – Residents burn homes before Azerbaijan obtains territory
BBC: Armenian families burn down their own homes

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev:

“Barbarlıq faktları var. Onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oranı tərk edirlər. Təbii ki, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Ərazidə bəzi tikililər var ki, bu da qeyri-qanunu xarakter daşıyır.

Həmçinin, maddi mədəniyyət abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Əldə olunmuş əşyaların qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq konvensiyaların pozulması faktları müşahidə olunur.”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın