“Biz Cənubi Qafqazdakı durumla bağlı şəraiti müzakirə etdik”.

YALAN.info bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “X” səhifəsində Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla müzakirə etdikləri məsələdən yazarkən vurğulayıb.

O qeyd edib ki, səfər zamanı Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa Birliyi ilə əməkdaşlığa dair məsələləri də müzakirə ediblər.

Ermənistan KİV xəbər verir ki, Baş nazir Nikol Paşinyan noyabrın 9-da Emmanuel Makronla görüşüb, noyabrın 10-da isə VI Paris Sülh Konfransına qatılıb. Paşinyan Paris Sülh Forumunda keçirilən panel müzakirəsində Ermənistanın Azərbaycanla üç prinsip əsasında sülh imzalamağa ümid etdiyini deyib.

Onun sözlərinə görə, birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır. İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır. Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasına aiddir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın