Niderlandın fayl ötürülməsi xidməti – “WeTransfer” səhmlərinin İlkin Kütləvi Yerləşdirməsi (IPO) üçün paytaxt Amsterdamdakı “Euronext” fond birjasına müraciət edəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Reuters” agentliyinin məlumatına görə, şirkət səhmlərini satmaqla 160 milyon avro vəsait cəlb etmək istəyir.

Bununla “WeTransfer” əlavə investisiya qoyuluşu həyata keçirəcək, marketinq və işçi heyəti ilə bağlı xərclərini ödəyəcək.

Emissiyanın qlobal koordinatorları ABŞ-ın “Morgan Stanley” və “BofA Securities” investisiya bankları, əsas anderrayterləri isə Niderlandın “ABN Amro” bankı və Böyük Britaniyanın “Barclays Bank”ıdır.

“WeTransfer” xidmətlərindən hər ay 87 milyon nəfər istifadə edir. 2021-ci ilin yekununda şirkətin əməliyyat gəlirlərinin təxminən 100 milyon avro, ya da 114 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Öncəki xəbərYens Stoltenberq: Rusiya Ukrayna məsələsində səhv etsə, bunun bədəli ağır olacaq
Sonrakı xəbərTürkiyə vətəndaşı olan sevgilisindən ayrılan Renka depressiyaya düşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın