NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldəki NATO düşərgəsindəki görüşlərdən sonra mətbuat konfransı keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”, – deyə NATO Baş katibi bildirib.

NATO-nun atəşkəsin pozulması səbəbilə rahatsız olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və barış yolu ilə həllini tapılmasının önəmliliyini vurğulayıb.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, – deyə Y.Stoltenberq bildirib.

Öncəki xəbərXankəndidə doğulmuş xalq artistimiz Fəxrəddin Manafovla müsahibə
Sonrakı xəbərAyaz Salayev: Xristianlıq Ermənistanda başqa xalqlara yuxarıdan aşağı baxmaq üçün bir vasitədir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın