Prezident Emmanuel Makronun İslam dininə qarşı verdiyi açıqlamalardan sonra Fransalı səlahiyyətlilərin reaksiyaları artıb. Bir çox müsəlman ölkəsi Fransaya qarşı birləşib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Haber7”-nin məlumatına görə, Fransaya ən böyük reaksiyanı Türkiyə verib.

Bundan başqa, Banqladeşdə təxminən 40 min etirazçı Fransa mallarını boykot etmək çağırışı ilə Dəkkədə Fransa səfirliyinə doğru yürüş edib. Onlar “Makron bunun əvəzini ağır ödəyəcək” şüarı ilə Fransa Prezidenti Emmanuel Makronun cəzalandırılmasını tələb ediblər.

Eyni zamanda, Pakistanda, Seneqalda, Omanda, Əlcəzairdə, Fələstində, İranda, Malayziyada və Səudiyyə Ərəbistanında da Fransa mallarını boykot etmək çağırışı ilə etirazlar baş verib.

Öncəki xəbərPrezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Sonrakı xəbərMüdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın