Nigeriyanın şimalında naməlum silahlı şəxslər Sokoto ştatının Qatava şəhərini ələ keçiriblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı “Premium Times” qəzetinə istinadla bildirir ki, quldur dəstəsi şəhərin beş sakinini girov götürüb və onların azadlığa buraxılması üçün 500 min nayr (min dollara yaxın) tələb edib.

Təxminən bir ay bundan öncə quldurlar eyni şəhərə hücum edərək girov götürdükləri 20 nəfəri azad etmək üçün 11 milyon nayr (təxminən 20 min dollar) alıblar. Həmçinin onlar Qatava şəhəri ilə qonşuluqda yerləşən Tara yaşayış məntəqəsinin sakinlərindən 7 milyon nayr tələb ediblər.

Son aylar Nigeriyanın şimal və mərkəzi rayonlarında silahlı qruplaşmaların aktivliyi müşahidə olunur. Hücumlar ən çox Zamfara, Niger, Kaduna, Sokoto və Katsina ştatlarında qeydə alınır. Quldurlar insanları öldürür, fidyə almaq üçün girov götürür və mal-qaranı oğurlayırlar. Hakimiyyət quldurlarla mübarizə üçün polis və ordu bölmələrindən istifadə edir, kənd və qəsəbələri qorumaq üçün könüllü dəstələr yaradır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın