Fransada prezident səviyyəsində İslam dininə qarşı aparılan kampaniya savaşa çevrilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Teleqraf.com-a istinadən bildirir ki, Prezident Emmanuel Makronun İslam dininə qarşı verdiyi açıqlamalar nazirləri də hərəkətə gətirib.

Artıq Fransadakı hökumət ofislərində əxlaq normalarına uyğun gəlməyən karikaturalar nümayiş olunur. İslam Peyğəmbəri Məhəmmədin təhqir edildiyi karikaturalar hökumət binalarında öz yerini tapıb.

Makronun açıqlamalarından sonra hərəkətə keçən rəsmilər dövlət idarələrində İslam əleyhinə təbliğata başlayıblar.

“Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları Monpelye və Tuluza şəhərlərindəki hökumət binalarında nümayiş olunur. Səlahiyyətlilər bu hərəkətləri “düşüncə azadlığı” ilə izah edirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın