Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunda olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyətinin hərbi bölmələrə səfəri davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bununla bağlı məlumat yayımlayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib.

Nazirə məruzə olunub ki, postda döyüş növbətçiliyinin keyfiyyətli qurulması və aparılmasını təmin etmək üçün bütün gərəkli şərait yaradılıb.

Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək dəyərləndirərək məmnunluğunu bildirib. Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması yönündə görülən işlərlə bağlı danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.

Müdafiə naziri Zakir Həsənov şəxsi heyətin döyüş bacarığının daha da artırılması ilə bağlı komandanlıq qarşısında uyğun tapşırıqlar qoyub.

Müdafiə naziri Kəlbəcərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb

Müdafiə naziri Zakir Həsənov Kəlbəcər rayonunda tikilməkdə olan təlim poliqonuna baxış keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində tikintisi davam etdirilən təlim poliqonuna baxış keçirib.

Məlumat verilib ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi bölmələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi üçün hazırlanır. Qoşunların hazırlıq planına uyğun olaraq poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün tikilən poliqonda görülən işlərlə maraqlanan nazir uyğun tapşırıqlar verib.

Müdafiə naziri Kəlbəcər rayonunda tikilməkdə olan təlim poliqonuna baxış keçirib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın