Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) uyğun yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – 4-cü qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, uçuşdan öncə sıra düzülüşü olub. Sıra düzülüşündə yanğın-xilasetmə qüvvələrinə uyğun təlimatlar verilib.

Nazirliyin Xüsusi riskli xilasetmə xidmətinin Alay komandiri polkovnik leytenant Məmməd Xəlili jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir. Onun sözlərinə görə, hər bir şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub və sabahdan etibarən yanğınların söndürülməsinə başlanılacaq.

FHN-nin növbəti qrupu Türkiyəyə yollandı – Baku TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın