Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son durum müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Qeyd edək ki, Anaşkin 1968-ci ildə Kuybışev şəhərində anadan olub. O, keçmiş Yuqoslaviyada, Çeçenistan və Gürcüstan-Rusiya müharibəsində iştirak edib. 6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, rəsmi Bakı bu təyinatdan razı olmadığına görə Rusiya sülhməramlılarına yeni komandan təyin edilib.

Öncəki xəbərAdam Ereli: Azərbaycanın qələbəsi Minsk Qrupu üçün ağır zərbə oldu
Sonrakı xəbərRəcəb Təyyub Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqları məhsuldar adlandırıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın