Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son durum müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Qeyd edək ki, Anaşkin 1968-ci ildə Kuybışev şəhərində anadan olub. O, keçmiş Yuqoslaviyada, Çeçenistan və Gürcüstan-Rusiya müharibəsində iştirak edib. 6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, rəsmi Bakı bu təyinatdan razı olmadığına görə Rusiya sülhməramlılarına yeni komandan təyin edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın