Bakının “Səbail” klubunun keçmiş futbolçusu Maykl Esyen (Michael Essien) cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, indi Danimarkanın “Norşellan” klubunda məşqçi kimi çalışan keçmiş yarımmüdafiəçi “Instagram” hesabından paylaşım edib.
Qana millisinin keçmiş üzvü Azərbaycan bayrağını bu sözərlə paylaşıb: “Qarabağa Azadlıq! Dualarım Azərbaycan üçündür. Qarabağ Azərbaycandır!”
Free Karabakh! Pray for Azerbaijan. Karabakh is Azerbaijan!
Michael Essien
Qeyd edək ki, Maykl Esyen “Səbail”də 2019-cu ilin martından çıxış edib. O, 2019-2020-ci il mövsümünün sonunda komandadan ayrılıb. Futbolçu karyerası boyunca İngiltərənin “Çelsi”, İspaniyanın “Real” və İtaliyanın “Milan” klublarında da çıxış edib.