ABŞ-ın Dövlət katibi Mayk Pompeo üçüncü ölkələrdən Azərbaycan-Ermənistan arasında gedən Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməmələrini istəyib. Rbc.ru-nun məlumatına görə, o, mətbuat konfransı zamanı bu məsələyə toxunub. 

Pompeo jurnalistlərdən birinin ABŞ prezidenti Donald Tramp administrasiyasının bölgədəki durumla bağlı hansı addımları atdığı barədə sualını cavablandırıb:

“Biz bütün beynəlxalq oyunçulardan durumu ağırlaşdırmamaq üçün bölgədən uzaq durmalarını xahiş etdik və bunun üzərində işləyirik”. Pompeo Azərbaycan Ordusunun Türkiyə tərəfindən təchiz edilməsindən xəbərdar olduğunu da söyləyib.

Öncəki xəbərBu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin ad günüdür
Sonrakı xəbərAzərbaycanın baş konsulu Nəsimi Ağayevin məqaləsi “Los Angeles Times”da yayımlandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın