ABŞ-ın Dövlət katibi Mayk Pompeo üçüncü ölkələrdən Azərbaycan-Ermənistan arasında gedən Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməmələrini istəyib. Rbc.ru-nun məlumatına görə, o, mətbuat konfransı zamanı bu məsələyə toxunub. 

Pompeo jurnalistlərdən birinin ABŞ prezidenti Donald Tramp administrasiyasının bölgədəki durumla bağlı hansı addımları atdığı barədə sualını cavablandırıb:

“Biz bütün beynəlxalq oyunçulardan durumu ağırlaşdırmamaq üçün bölgədən uzaq durmalarını xahiş etdik və bunun üzərində işləyirik”. Pompeo Azərbaycan Ordusunun Türkiyə tərəfindən təchiz edilməsindən xəbərdar olduğunu da söyləyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın