Azərbaycanlı kikboksçu, K1 döyüşçüsü Zabit Səmədov MMA turniri olan ACA-130-da növbəti qələbəsini qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 37 yaşlı “Mauqli” oktaqonda K1 qaydaları ilə keçirilən döyüşdə Konqo əsilli Nayf Didye ilə qarşılaşıb.

O, rəqibinə ikinci raundda texniki nokautla qalib gəlib. Belə ki, Zabitin vurduğu “lou kik” zərbəsindən sonra rəqib idmançı sol ayağından ciddi zədə aldığını əsas gətirərək döyüşü davam etdirə bilməyib.

Qeyd edək ki, Qroznıda keçirilən döyüşü Çeçenistanın Prezidenti Ramzan Kadırov və ötən ay Moskvada Nəriman Abbasovun qalib gəldiyi MMA idmançısı, Həbib Nurməhəmmədovun yeznəsi Şamil Zavurov da izləyib.

Zabit Səmədov bu görüşdə qalib gəlməklə karyerasında 103-cü qələbəsini qazanıb.

ACA 130: Найф Дидье vs. Забит Самедов | Knife Didier vs. Zabit Samedov
Öncəki xəbərSaakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko: Onun azadlığı üçün əlimdən gələni edəcəyəm
Sonrakı xəbərErmənistandakı səs-küylü cinayət işi MN və MTX-ni qarşı-qarşıya qoydu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın