“Rəsmi Moskva Bakı və İrəvanın atəşkəslə bağlı anlaşmaya əməl edəcəyini gözləyir”.

YALAN.info “Report”un Rusiya bürosunun məlumatına görə bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə jurnalistlərə açıqlamasında deyib.

“İndi Ermənistan və Azərbaycan sərhədində gərginliyin artmasına baxmayaraq, sülh müqaviləsinə hazırlıq üzrə işlər dayanmayıb. Bu, yəqin ki, əsas prioritetdir”, – XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi münaqişənin həlli üçün əsas olaraq qalır. Zaxarova bütün məsələlərin sülh yolu ilə həllini tapmalı olduğunu əlavə edib.

KİMKənan Novruzov
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərCo Bayden: Ukrayna çox irəliləyiş əldə edib, ancaq yol hələ uzundur
Sonrakı xəbərRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ı hədələdi 
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın