Rusiyanın hücumu nəticəsində Ukrayna Ordusunun 137 hərbçisi həlak olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, bildirib ki, hərbi əməliyyatlar zamanı Ukraynanın daha 316 hərbçisi yaralanıb.

Bundan öncə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib ki, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub, daha 169 ukraynalı yaralanıb.

Yada salaq ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın