“ABŞ Ukraynanı daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, onlar “qırmızı xətt”i keçmiş olacaq və bununla da münaqişənin birbaşa iştirakçısına çevriləcəklər”.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı danışıb.

“Amerika Birləşmiş Ştatları Ukraynada hərbi əməliyyatların mümkün qədər uzadılmasında maraqlıdır. Həmçinin də duruma nəzarəti ələ keçirmək istəyindədir və bu istəyini də sərgiləyir. Yəni söhbət ABŞ-ın birbaşa hərbi əməliyyatlarda iştirakından gedir”, – deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, ABŞ Kiyevi daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, Rusiya buna adekvat cavab vermək və öz ərazisini “bütün mümkün vasitələrlə” müdafiə etmək hüququnu özündə saxlayır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın