2020-ci ilin noyabr ayından bu yana Azərbaycanda mina və partlamamış hərbi sursat qurbanlarının sayı 345-ə çatıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Onu da bildirək ki, bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında mina partlayışı olub. ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının alışdırıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin üç barmağı amputasiya olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın