“Rəsmi Moskva Bakı və İrəvanın atəşkəslə bağlı anlaşmaya əməl edəcəyini gözləyir”.

YALAN.info “Report”un Rusiya bürosunun məlumatına görə bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə jurnalistlərə açıqlamasında deyib.

“İndi Ermənistan və Azərbaycan sərhədində gərginliyin artmasına baxmayaraq, sülh müqaviləsinə hazırlıq üzrə işlər dayanmayıb. Bu, yəqin ki, əsas prioritetdir”, – XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi münaqişənin həlli üçün əsas olaraq qalır. Zaxarova bütün məsələlərin sülh yolu ilə həllini tapmalı olduğunu əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın