“Red Bull”dan Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisində bütün rəqiblərini qabaqlayıb.

YALAN.info bildirir ki, beləliklə, Ferstappen ilk dəfə Bakıdakı yarışda kuboka sahib çıxıb.

Ötən il Peres finişə birinci çatdığı üçün “Red Bull” ardıcıl ikinci dəfə Azərbaycan Qran-prisində qalib adını qazanıb. Maks Ferstappenin komanda yoldaşı Serxio Peres ikinci, “Mercedes”dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.

Onu da bildirək ki, “Ferrari”dən Şarl Lekler və Karlos Sayns, “Haas”dan Kevin Maqnussen və “Alfa Romeo”nun üzvü Çjou Quanyuy mübarizəni sonadək davam etdirə bilməyib.

Qeyd edək ki, “Formula 1” yarışı 6-cı dəfə Azərbaycanda keçirilib. Bakıdakı öncəki yarışlarda “Mercedes”in keçmiş pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, indi “McLaren”da çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə keçirilməyib.

Öncəki xəbərİlham Əliyev Rusiya günü münasibətilə Vladimir Putinə təbrik məktubu yazdı
Sonrakı xəbərStoltenberq: Ukraynada sülh ola bilər, ancaq məsələ onun qiymətinin nə olacağıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın