“Hörmətli Vladimir Vladimiroviç. Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin”.

YALAN.info bildirir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının dövlət bayramı – Rusiya Günü münasibətilə bu ölkənin Prezidenti Vladimir Putinə ünvanlandığı təbrik məktubunda yer alıb.

“Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur”.

Məktubda, həmçinin deyilir: “Bu ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib. Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın